Kürdəxanıda 23 yaşlı qızın törətdiyi dəhşətli qəzanın detalları MƏLUM OLUB 

Kürdəxanıda 23 yaşlı qızın törətdiyi dəhşətli qəzanın detalları MƏLUM OLUB 

Hazırda oxunan: Kürdəxanıda 23 yaşlı qızın törətdiyi dəhşətli qəzanın detalları MƏLUM OLUB 

98761

Dünən axşam saatlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş ağır yol qəzasının detalları bəlli olub. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ilkin araşdırmalar zamanı qəzanı törədən 1999-cu il təvəllüdlü Əhmədova İlkanə Rəsul qızının sərxoş olmadığı müəyyən edilib: 

“Oktyabrın 10-u saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında İ.Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb. 
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Qəza vaxtı “Chevrolet Malibu”nun hansı sürətlə hərəkət etməsi ekspertizanın rəyindən sonra məlum olacaq”. 

Qeyd edək ki, dəhşətli hadisə nəticəsində həlak olan 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO