Məhsa Əmininin ölüm səbəbinin araşdırılması üçün xüsusi komissiya təşkil edilib.
Bizim.Media xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.
O bildirib ki, komissiya tibb sahəsinin müxtəlif sahələrini əhatə edən 19 mütəxəssisin iştirakı ilə yaradılıb və məsələ dəqiq və lazımi vaxt sərf olunaraq araşdırılıb:
“Komissiya rəyin tez verilməsinin vacibliyini anlasa d, dəqiqlik məsələlərini də qurban verməyib. Müvafiq hüquqi standartlara hərtərəfli riayət etməklə komissiya təşkil edilib”.
O Məhsa Əmini ilə bağlı məhkəmə-tibb ekspertizasının rəyinin dərc olunduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:26 / 11.10.2022
Məhsa Əmininin ölüm səbəbini 19 mütəxəssis araşdırıb
Hazırda oxunan: Məhsa Əmininin ölüm səbəbini 19 mütəxəssis araşdırıb
Hazırda oxunan: Məhsa Əmininin ölüm səbəbini 19 mütəxəssis araşdırıb
98657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.