“Kiminsə adına binanı yazırlar, tikintini aparan şəxs kənarda qalır. Onun haqqında məsələ qaldırılanda isə görünür ki, şəxsin adında heç bir vəsait yoxdur. Zərərçəkmişlərə vəsaitin ödənilməsi də 200 il vaxt alır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.
“Avropa ölkələrinin hüquq sisteminə görə, yüngül cinayət törətmiş şəxslər 5 gün çalışır, iki gün isə həbsxanaya gedir. Qazandığı vəsaitlə isə zərərçəkmişlərə vurulan ziyan ödənilir. Biz isə onları həbsxanaya məhkum etməklə bütün yolların qarşını alırıq. Ona görə də, xahiş edirəm ki, gələcəkdə bu tip məsələlərdə vətəndaşların maraqları da nəzərə alınsın”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:58 / 11.10.2022
"Kiminsə adına binanı yazırlar, tikintini aparan şəxs isə kənarda qalır” – Siyavuş Novruzov
Hazırda oxunan: "Kiminsə adına binanı yazırlar, tikintini aparan şəxs isə kənarda qalır” – Siyavuş Novruzov
Hazırda oxunan: "Kiminsə adına binanı yazırlar, tikintini aparan şəxs isə kənarda qalır” – Siyavuş Novruzov
98624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.