Vətən müharibəsi əlillərinə avtomobil təqdim edildi - FOTO

Vətən müharibəsi əlillərinə avtomobil təqdim edildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi əlillərinə avtomobil təqdim edildi - FOTO

98602

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər Vətən müharibəsi əlilinə minik avtomobilləri təqdim edilib.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri və müharibə veteranları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunduğunu vurğulayıb.

Qeyd olunub ki, bu dəstək paketi üzrə artıq 119 min şəxsə 243 min xidmət göstərilib. Dəstək tədbirlərinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. Həmin dövrdə onlara 3900 mənzil verilib:
“Ümumilikdə ötən dövrdə isə 12900-dən çox mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub.

Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərinin avtomobillə təminatıdır. Təqdim edilən 20 avtomobil də daxil olmaqla müharibə əlillərinə 2022-ci ildə 120, postmüharibə dövründə 284, ümumən ötən dövrdə 7500 avtomobil verilib”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO