Almaniya səfiri Anka Feldhusen oktyabrın 10-da səhər saatlarında Kiyevə kütləvi raket hücumu zamanı yüzlərlə kiyevli ilə eyni sığınacaqda gizlənib.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Yüzlərlə kiyevli ilə birlikdə sığınacaqdayıq. Rusiya Kiyevin mərkəzindəki uşaq meydançalarını atəşə tutarkən burada hökm sürən sakitliyə heyranam”, - deyə Anka Feldhusen qeyd edib.
Almaniya səfirliyi Opera Teatrının və Kiyev Milli Universitetinin qırmızı binasının ərazisində dağıntıların baş verdiyi ərazidə yerləşir.
Qeyd edək ki, Ukrayna paytaxtına yenicə səfərə gəlmiş Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders də sığınacaqda gizlənməyə məcbur olub.
Bizim.Media
Із сотнями киян в укритті. Мене вражає спокій, який панує тут, поки Росія обстрілює дитячі майданчики в центрі Києва. #StandWithUkraine
— Anka Feldhusen (@AnkaFeldhusen) October 10, 2022