Ukraynadakı vətəndaşlarımız arasında xəsarət alanlar varmı? - RƏSMİ AÇIQLAMA

Ukraynadakı vətəndaşlarımız arasında xəsarət alanlar varmı? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ukraynadakı vətəndaşlarımız arasında xəsarət alanlar varmı? - RƏSMİ AÇIQLAMA

98440

Ukraynada vətəndaş və soydaşlarımızdan xəsarət alanlar barədə səfirliyə məlumat daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən apa.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Diqqətə çatdırılıb ki, Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin binasına hər hansı zərbə dəyməyib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Kiyevdə raket hücumu nəticəsində bir neçə partlayış olub. Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov bildirib ki, Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb. Eyni zamanda, paytaxt Kiyevlə yanaşı, Jitomir, Poltava, Roven və Kiyev vilayətlərinə, Dnepr, İvano-Frankov, Ternopol, Xmelnitski, Konotop, Kremençuk və Kropivnitski, Xarkov və Odessa şəhərlərinə də zərbələr endirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO