İlham Əliyevdən britaniyalı səfirin Azərbaycan dilində danışmasına REAKSİYA - VİDEO

İlham Əliyevdən britaniyalı səfirin Azərbaycan dilində danışmasına REAKSİYA - VİDEO

Hazırda oxunan: İlham Əliyevdən britaniyalı səfirin Azərbaycan dilində danışmasına REAKSİYA - VİDEO

98439

“Cənab səfir, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən səsləndirib.

“Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində.

Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam”, - deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO