“Azərbaycan təbii qazının Moldovaya təchizatını müzakirə edəcəyik” - Baş nazir

“Azərbaycan təbii qazının Moldovaya təchizatını müzakirə edəcəyik” - Baş nazir

Hazırda oxunan: “Azərbaycan təbii qazının Moldovaya təchizatını müzakirə edəcəyik” - Baş nazir

98330

“Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. İndi də, əvvəlki kimi, biz Moldova tərəfinin təbii qazın təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasında maraqlı olduğunu təsdiqləyirik, çünki ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycana rəsmi səfərə gələn Moldovanın Baş naziri Nataliya Qavrilitsa AZƏRTAC-a müsahibəsində səsləndirib.

“Azərbaycan Respublikasının qərb istiqamətində mavi yanacağın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq.
Eyni zamanda, biz elektrik enerjisi sahəsində bəzi birgə layihələrin inkişafı, Azərbaycan neft məhsullarının Moldovaya idxalı imkanını müzakirə edəcəyik”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO