Xankəndidə mitinq başladı - Arutyunyandan dəqiq mövqe tələb edirlər

Xankəndidə mitinq başladı - Arutyunyandan dəqiq mövqe tələb edirlər

Hazırda oxunan: Xankəndidə mitinq başladı - Arutyunyandan dəqiq mövqe tələb edirlər

98304

Azərbaycanın qədim Xankəndi şəhərində, İntibah meydanında mitinq başlayıb.

Bizim.Media xəbər verir ki, news.am ilə söhbətində etirazçı Marat Stepanyan bildirib ki, vətəndaşların tələbi dəyişməyib, onlar Praqada qəbul edilən bəyanata və Azərbaycanın şərhlərinə qondarma rejimin “rəhbəri” Arayik Arutyunyandan dəqiq mövqe bildirməyi tələb edirlər.

Onun sözlərinə görə, artıq meydana bir neçə yüz vətəndaş toplaşıb, çoxlu sayda polis də hadisə yerinə gəlib.

Stepanyan qeyd edib ki, Arutyunyanın Ermənistana səfərindən xəbəri var, lakin ona heç bir ümid bağlamır:

“Biz bilirik ki, bu, sadəcə, saxtakarlıqdır. Çətin ki, bu görüşdən sonra da nəsə dəyişsin Gəlib başqa bir bəyanat verəcək”.
Xatırladaq ki, ötən gün də Xankəndidə mitinq keçirilib, lakin iştirakçılar Arayik Arutyunyanla danışa bilməyiblər. Onlar rejimin “parlament sədri” Artur Tovmasyanla görüşüb.

Qeyd edək ki, rejimin dəqiq mövqeyini bu gün Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan bildirib: “Oktyabrın 6-da Praqada dördtərəfli bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyib və  bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb”.

Bu isə o deməkdir ki, sülh müqaviləsindən sonra rus sülhməramlıların müvəqqəti nəzarətində olan torpaqlar rəsmi Bakının yurisdiksiyasına keçəcək və Azərbaycanın üçrəngli bayrağı Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənddə dalğalanacaq, Qazaxın işğalda olan 7 kəndi və Kərki geri qaytarılacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO