Şosse velosipedi üzrə çempionatın 3-cü mərhələsi Gəncədə keçirildi - FOTO

Şosse velosipedi üzrə çempionatın 3-cü mərhələsi Gəncədə keçirildi - FOTO

Hazırda oxunan: Şosse velosipedi üzrə çempionatın 3-cü mərhələsi Gəncədə keçirildi - FOTO

98217

Oktyabrın 8-də şose velosipedi üzrə (çoxgünlük ötüşmələr) Azərbaycan çempionatının Gəncədə keçirilən üçüncü mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın bu mərhələsində bütün yaş kateqoriyaları üzrə ümumilikdə 38 peşəkar və 10 həvəskar velosipedçi dariəvi yarışda mübarizə aparıb. 

Gəncə şəhər Heydər Əliyev meydanından start verilən yarışda qadın idmançılar 40 km (10 dairə), kişi velosipedçilər isə 64 km (16 dairə) məsafə qət ediblər.

3-cü mərhələdə qadınlar arasında mübarizədə Viktoriya Sidorenko (ROEQİUGVM) ən yaxşı nəticəyə imza ataraq qızıl medal qazanıb. O, finişə 1 saat 5 dəqiqə 10 saniyəyə çatıb. İradə Əbdürəhmanova (Təhsil RİM) 1 saat 10 dəqiqə 57 saniyə nəticə ilə gümüş, Radha Şabanova (ROEQİUGVM) 1 saat 11 dəqiqə 30 saniyə nəticə ilə bürünc medala layiq görülüb. 

Kişilərin yarışında isə qaliblər fotofinişə əsasən təyin edilib. Belə ki, Elgün Əlizadə (MSN) və Samir Cəbrayılov (MSN) təyin olunmuş məsafəni 1 saat 40 dəqiqə 1 saniyəyə qət ediblər. Fotofinişə əsasən iki velosipedçi arasında gedən gərgin idman mübarizəsindən E.Əlizadə qalib ayrılıb və birincilik sevinci yaşayıb.
S.Cəbrayılov eyni nəticə ilə ikinci, Şahin Eyvazov (ROEQİUGVM) isə 1 saat 40 dəqiqə 3 saniyə nəticə ilə üçüncü yerdə qərarlaşıb. Həvəskarlar arasında mübarizədə Elvin Bayramov birinci, Mürsəl Məmmədov ikinci, Rəşid Hüseynov üçüncü yerə çıxıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO