"Neftçi" "Turan Tovuz"a qalib gələ bilmədi, xal itirdi – HESAB 0:0 

Hazırda oxunan: "Neftçi" "Turan Tovuz"a qalib gələ bilmədi, xal itirdi – HESAB 0:0 

98197

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.

Bizim.Media xəbər verir ki, "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "ağ-qaralar" 3-cü, 11 xalı olan Tovuz təmsilçisi isə 6-cı pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO