Baydendən ABSURD qərar – “Narkotik istifadəçiləri həbs olunmamalıdır” - FOTO 

Baydendən ABSURD qərar – “Narkotik istifadəçiləri həbs olunmamalıdır” - FOTO 

Hazırda oxunan: Baydendən ABSURD qərar – “Narkotik istifadəçiləri həbs olunmamalıdır” - FOTO 

98180

ABŞ prezidenti Co Bayden narkotik saxlanılması və ya istifadəsində təqsirli bilinərək həbs olunan federal məhbusların əfv olunacağına dair açıqlama verib.

Bizim.Media xəbər verir ki, Bayden bu barədə “Twitter” hesabında yazılı və video müraciətlə paylaşım edib.

"Mən bunu əvvəllər də demişəm, heç kim narkotik saxladığına və ya istifadə etdiyinə görə həbsdə olmamalıdır. Bu gün uğursuz yanaşmamıza son qoymaq üçün addımlar atıram", - deyə ABŞ rəhbəri qeyd edib.
Bayden hesab edir ki, narkotik aludəçisi olan insanları həbsxanaya göndərmək bir çox insanın həyatını alt-üst edib.

Qeyd edək ki, müvafiq qərar yalnız ABŞ vətəndaşlarına və ölkədə qanuni yaşayan məhbuslara aid ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO