Valideynləri tərəfindən işgəncə verilərək küçəyə atılan azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA 

Valideynləri tərəfindən işgəncə verilərək küçəyə atılan azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Valideynləri tərəfindən işgəncə verilərək küçəyə atılan azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA 

98133

Xırdalanda valideynləri tərəfindən xəsarət alaraq küçəyə atılan azyaşlı barədə xəbər verilib. Vəkil Vamiq Şükürov bu barədə məlumatı sosial şəbəkələrdə ictimailəşdirib. Qeyd etdiyinə görə oktyabrın 6-sı gecəyarısı Xırdalanda marketdən çıxarkən diqqətini bir uşaq çəkib. Azyaşlı şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə kimisə gözləyib.

Xeyli müşahidədən sonra valideyni yanında olmayan uşağın həyatı üçün narahat olaraq, ona yaxınlaşıb və vəziyyətlə maraqlanıb. 

Havaya uyğun olmayan, çirkli paltarda və valideyn nəzarətindən kənarda olan uşağın qolundakı xəsarət izlərini görərək polisə müraciət edib. Hüquqşünasın bildirdiyinə görə azyaşlı əraziyə gələn polisə təhvil verilib və ona deyə bilmədiklərini polisə danışıb. Məlum olub ki, qolundakı xəsarəti atası vurub. Polis binaya qalxıb qapını açıb və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri, eləcə də tərəzini aşkar edib. Qadın uşağın anası imiş. Ata polisə narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu deyib. Uşaq valideynləri ilə birgə şöbəyə aparılıb. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Bizim.Media-ya uşağın anasına təhvil verildiyini bildirib:

“İlkin məlumatlara görə uşağa işgəncə verildiyi bildirilirdi. Uşaq bunu etiraz edib və deyib ki, əlinə çaydandan qaynar su tökülüb. Buna baxmayaraq ərazi üzrə polis şöbəsində təhqiat aparılır. Mənə verilən məlumata görə uşaq əslində azıb. Azdığına görə ailə uşağın yoxa çıxması ilə bağlı polisə müraciət edib. Hazırda uşaq anasındadır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə saytımıza faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparıldığını qeyd edib:

“Uşağın aldığı xəsarətlərin səbəbini və dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub. Uşaq hazırda polis nəzarətindədir və tam təhlükəsizlikdədir. Araşdırmalar davam etdirilir”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO