Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb.
Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb.
Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir.
Digər klublarımız “100-lük”dən uzaq qərarlaşıb. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 380-cidir. Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:33 / 08.10.2022
“Qarabağ” Avropada 2 pillə irəliləyib
Hazırda oxunan: “Qarabağ” Avropada 2 pillə irəliləyib
Hazırda oxunan: “Qarabağ” Avropada 2 pillə irəliləyib
98105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.