ACE platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq - BP

ACE platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq - BP

Hazırda oxunan: ACE platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq - BP

97969

Azəri-Çıraq-Günəşli yatağına aid olan Azəri-Mərkəzi-Şərqi (ACE) platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, gələn ilin birinci rübünə kimi dayaq bloku üzrə işlər yekunlaşdırılıb dənizə çıxarılacaq. May ayına kimi ACE platformasının tamamlanması gözlənilir. Platformada quyuların qazılması və hasilata başlanılması 2023-cü ilin sonu 2024-cü ilin əvvəlinə nəzərdə tutulub.
N.Filips əlavə edib ki, ACE ilk avtomatlaşdırılmış platforma olacaq. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO