Azərbaycan XİN Fransa xarici işlər nazirinə CAVAB VERDİ -

Azərbaycan XİN Fransa xarici işlər nazirinə CAVAB VERDİ - "Əsassız çağırışlar edib"

Hazırda oxunan: Azərbaycan XİN Fransa xarici işlər nazirinə CAVAB VERDİ - "Əsassız çağırışlar edib"

97952

"5 oktyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib".

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva açıqlama verib.

L.Abdullayeva bildirib ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir: 

"Nazir Kolonnanın Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır. Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir, lakin yaxşı olardı ki, Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüquq prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədaləti mövqedən çıxış etsin".

XİN rəsmisi qeyd edib ki, ümumiyyətlə, Fransa Prezidenti E.Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə töhfə vermək səyləri fonunda nazir K.Kolonnanın birtərəfli və məsuliyyətsiz bəyanatı anlaşılmazlıq doğurur:

"Onu da bildirmək istərdik ki, bir neçə gündən sonra 2 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının 2 -ci ildönümü olacaq. Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO