Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək – RƏSMİ  

Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək – RƏSMİ  

Hazırda oxunan: Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək – RƏSMİ  

97926

“35/0,4 kV-luq 2x2500 kVA gücündə olan Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir”.  

Bu barədə Bizim.Media-ya açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Əhmədzadə məlumat verib.  

"Azərişıq" rəsmisi qeyd edib ki, mərkəzin tikintisi ən qısa müddətdə - 2 aya tamamlanacaq:

"Mərkəzin tikintisində beynəlxalq təcrübədən istifadə olunub. Eyni zamanda, layihənin hazırlanmasında xarici mütəxəssislər də iştirak edib".  

Qeyd edək ki, bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.  

Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir.  

Həmçinin, enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər.  
Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır.  

Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir.  

Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir.  
Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO