Əməkdar artist Almaz Ələsgərli ötən gün məkanların birində özünə kiçik doğum günü məclisi qurub.
Bizim.Media xəbər verir ki, 55 yaşına qədəm qoyan sənətçinin özəl günündə qızı Əminə də iştirak edib.
Gecədən görüntüləri A.Ələsgərli sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Almaz Ələsgərlinin Əminədən savayı Mədinə adlı daha bir qızı var. Mədinə İsveçrədə yaşayır və 2 övladı var.
Rəşad Əliyev, Bizim.Media