Ən keşməkeşli həyatı olan BÜRCLƏR – Problemləri bitməyən BEŞLİK

Ən keşməkeşli həyatı olan BÜRCLƏR – Problemləri bitməyən BEŞLİK

Hazırda oxunan: Ən keşməkeşli həyatı olan BÜRCLƏR – Problemləri bitməyən BEŞLİK

97809

Bürcündən asılı olmayaraq hər bir insanın həyatda öz yolu var və hər kəsin taleyi bir-birindən fərqlənir. İnsanlar inansa da, inanmasa da, ulduzlar bu və ya digər şəkildə xarakterimizə və həyatda qarşımıza çıxan sınaqlara təsir göstərir.

Bizim.Media ən keşməkeşli həyat yaşayan bürclərin siyahısını təqdim edir:

5-ci yer – Qoç

Qoç tənqidə və hər hansı göstərişə dözmür. Müəyyən bir vəziyyətdə səhv etdiyini etiraf etməyi sevmir və daim özünü təsdiqləməyə meyllidir. Onun kateqorik davranışı çox vaxt həyatını məhv edir.

Qoç daima milçəkdən fil çıxaran, problemi daha da gücləndirən insandır. Problemin səthində asan həll yollarını görmək istəməmək və bacarmamaq xırda problem ətrafında vəziyyəti gərginləşdirir.

İfrata qaçmaq meyli nəinki başqalarını, hətta qoç bürcünün özünü də əsəbləşdirir, ona görə də bu bürcü çətin taleyi olan insanların reytinqinə əlavə etmək olar. Vəziyyəti yüngülləşdirmək üçün Qoç dözümlülüyü və səbri öyrənməlidir. Öz emosiyalarına tabe olmağı və nəzarət etməyi öyrənərək, Qoç həyatını xeyli asanlaşdıracaq.

4-cü yer - Xərçəng

Xərçəng davamlı olaraq belə arzulanan və çoxdan gözlənilən xoşbəxtliyi əldə etməyi xəyal edir, lakin təəssüf ki, bütün vaxtını xəyallarda keçirir, bunun üçün heç bir şey etmir.

Baxmayaraq ki, müsbət xarakter xüsusiyyətləri və keyfiyyətləri bütöv bir yükə malikdir, lakin həddindən artıq ehtiyatlı olan Xərçəng nadir hallarda hər hansı bir qətiyyətli hərəkətə qərar verir. Öz qabığından çıxmayan xərçəng monoton və israrla təhlükələrdən gizlənir. Əslində isə özünü həyatdan, təhlükələrdən qoruduğunu düşünür.

Xərçəng bilməlidir ki, heç kim ona xoşbəxtlik gətirməyəcək, ancaq o, daha aktiv hərəkət etsə, irəliyə tələssə və komfort zonasından çıxsa xoşbəxtliyə çata bilər.

3-cü yer - Əqrəb

Əqrəb taleyi öz əlində olan və öz qərarları ilə qurduğu həyatı yaşayan nadir insanlardandır. Ancaq bunu etmək onun üçün son dərəcə çətindir, çünki sadə həll yolları əqrəb üçün deyil. Bu, əqrəblərin “xoşbəxtlik asanlıqla əldə olunmur” inancından irəli gəlir.

Güclü iradəyə, çətinliklərə tab gətirməyə, kifayət qədər müqavimətə və simurq quşu kimi küldən yenidən doğulmaq üçün heyrətamiz bir qabiliyyətə malik olan əqrəb öz taleyinə rəqib olduğu üçün, daim problemlərlə üzləşir.

Ancaq xoşbəxtliyi tam qəbul etmək üçün bu bürcün təslim olmaq, kompromis tapmaq və vəziyyətə uyğğun davranmaq qabiliyyətini öyrənməsi lazımdır.

2-ci yer - Tərəzi

Bu bürcün problemi ondan ibarətdir ki, onlar öz xoşbəxtliklərini tənzimləməyə daha çox vaxt ayırırlar, həyatlarını başqalarının problemlərini həll etməyə sərf edirlər.

Başqalarının fikirlərindən asılılıq, tərif, bəyənmə və heyranlıq içərisində daimi narahatlıqlar tərəzilərə öz ideya və istəklərini reallaşdırmağa imkan vermir. Saysız-hesabsız komplekslər, qorxunc və cansıxıcı günahkarlıq hissi və lazımi anda "yox" deyə bilməmək tərəzinin qeyri-sabit iradəsini tam şəkildə ifadə edir.

Əsl xoşbəxtliyi tapmaq üçün tərəzilər, müəyyən mənada, başqalarının fikirlərinə əhəmiyyət verməməlidirlər. Vacib qərarlar qəbul edərkən bütün dostlarınızdan məsləhət almayın, özünüzü dinləyin, öz fikrinizə uyğun hərəkət edin. 

1-ci yer - Balıqlar

Balıqlar qeyri-müəyyən insanlardır. Kifayət qədər dəyişkən bir xarakterə sahib olaraq, bir anda dərin melanxoliyaya düşə, bir saatdan sonra isə vəziyyətdən çıxa bilərlər. Aramsız olaraq bədbəxtliklərlə mübarizə aparan balıqlar, istər-istəməz əxlaqi və fiziki cəhətdən tükənmiş bir insana çevrilirlər.

Onlar sınaqlarla öz xeyirləri üçün yox, ətrafındakı hər kəsin xoşbəxtliyi üçün mübarizə aparırlar. Balıqlar hər şeyin yaxşı olacağına dərindən inanırlar, lakin bu onlara daha çox problem gətirir.

Balıqlar taleyi ilə dostluq etmək üçün öz istəkləri ilə məşğul olmalı və özlərinə düşüncələrilə əzab verməyi dayandırmalıdırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO