OPEC-dən yeni QƏRAR – Azərbaycan gündəlik neft ixracını 33 min barel azaltdı, ABŞ TƏŞVİŞDƏ

OPEC-dən yeni QƏRAR – Azərbaycan gündəlik neft ixracını 33 min barel azaltdı, ABŞ TƏŞVİŞDƏ

Hazırda oxunan: OPEC-dən yeni QƏRAR – Azərbaycan gündəlik neft ixracını 33 min barel azaltdı, ABŞ TƏŞVİŞDƏ

97791

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması qərara alınıb. Qərarı Azərbaycan da dəstəkləyib.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir.

Beləliklə, “OPEC +” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ başda olmaqla Qərb çalışırdı ki, neft hasilatında azalma baş verməsin. Ona görə də Vaşinqton OPEC+ bu qərarına qarşı çıxıb. 

Bizim.Media-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, OPEC+ bu addımı müharibənin uzanması fonunda enerjiyə tələbatın azalması ilə yaranacaq itkiləri kompensasiya etmək məqsədi daşıyır:

“OPEC+ bu qərarını onunla əsaslandırır ki, müharibənin uzanması ilə onun dünya iqtisadiyyatına neqativ təsirləri gözlənildiyindən daha çox olacaq.

Dünya miqyasında mövcud ticari əlaqələr zəifləyəcək və onun nəticəsində enerjiyə tələbat azalacaq. Enerjiyə tələbatın azalması isə öz növbəsində qiymətlərin düşməsinə gətirib çıxaracaq.

Ona görə də OPEC bazardakı stabil qiyməti saxlamaq üçün indidən addım atmağa girişib. Amma bir məsələ başa düşülən deyil, OPEC hazırkı 90 dollarlıq qiyməti ədalətli hesab edir, ya yox? Bu sualın cavabı yoxdur.

Ona görə də ABŞ OPEC+ ölkələrinin çıxardığı qərara kəskin neqativ münasibət bildirdi. Görünən odur ki, OPEC qiymətlərin yüksək olmasında maraqlıdır. Rusiya və Səudiyyə Ərəbistanı bu gəlirlərdən maksimum faydalanmaq istəyir.
Bu ölkələr indiki inflyasiya şəraitində enerji daşıyıcılarının aşağı qiymətinə sadəcə hazır deyillər. Statistikaya baxsaq görərik ki, OPEC+da təmsil olunan bir çox ölkələr heç zaman bu qədər azalmaya getməyib. İkinci bir tərəfdən, OPEC+ bu addımı tək müharibənin təzahüri deyil, həm də orada göstərilən kvotadan daim aşağı həcmdə neftin çıxarılmasının təzahüridir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO