Türkiyə 4 il sonra İsrailə səfir təyin etdi

Türkiyə 4 il sonra İsrailə səfir təyin etdi

Hazırda oxunan: Türkiyə 4 il sonra İsrailə səfir təyin etdi

97776

Türkiyə Şahin Özkan Torunları İsrailə səfir təyin edib.

Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib. Bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin edilib.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub.
Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi.

Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO