Putin Zaporojye AES-in Rusiyaya verilməsi haqqında fərman imzaladı

Putin Zaporojye AES-in Rusiyaya verilməsi haqqında fərman imzaladı

Hazırda oxunan: Putin Zaporojye AES-in Rusiyaya verilməsi haqqında fərman imzaladı

97766

Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Zaporojye AES-dəki nüvə obyektlərinin federal mülkiyyətə verilməsi ilə bağlı fərman imzalayıb. Altı enerji bloku olan bu atom elektrik stansiyası Avropanın ən böyüyüdür.

O, Ukraynanın Rusiya qoşunları tərəfindən işğal olunmuş Zaporojye vilayətinin ərazisində yerləşir.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, zavodun əmlakının əsasında “Zaporojye AES” dövlət unitar müəssisəsi təşkil edilməlidir.

Onun istismarı məsələləri ilə "Zaporojye AES-in Əməliyyat Təşkilatı" Səhmdar Cəmiyyəti məşğul olacaq.

Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak Putinin fərmanını AES-i ələ keçirmək cəhdi adlandırıb və “Rosatom”a qarşı sanksiyaların tətbiq edilməsini, Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa son qoyulmasını istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO