Şəhid Bəxtiyar Quliyevin anası Şuşanı ziyarət edib - FOTO

Şəhid Bəxtiyar Quliyevin anası Şuşanı ziyarət edib - FOTO

Hazırda oxunan: Şəhid Bəxtiyar Quliyevin anası Şuşanı ziyarət edib - FOTO

97757

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Nadejda xanım 1953-cü ildə Rusiyada anadan olub.

1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb, onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci ilin may ayının 8-nə kimi yaşayıblar.

Hazırda Nadejda xanımın evi və anası Vera Stepanovnanın Toloknova Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılıb. Quliyevlər ailəsi Şuşa işğala məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxmış, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müşayiəti ilə şəhidimizin ailəsi öz evlərini, İsa bulağını və digər məkanları ziyarət ediblər.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO