Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin bərpasına başlanıldı

Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin bərpasına başlanıldı

Hazırda oxunan: Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin bərpasına başlanıldı

97755

Heydər Əliyev Fondu Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyini 2022-ci ilin sentyabrından bərpa etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bərpa işlərində əsas məqsəd ev-müzeyinin tarixi görünüşünü qoruyub saxlamaqdır.

Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.

Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.

Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.

Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO