Kərim oğlunun kiçik toyuna Niyamı çağırmayacağını açıqladı - VİDEO

Kərim oğlunun kiçik toyuna Niyamı çağırmayacağını açıqladı - VİDEO

Hazırda oxunan: Kərim oğlunun kiçik toyuna Niyamı çağırmayacağını açıqladı - VİDEO

97748

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov oğlu Yusifə oktyabrın 12-si 200-ə yaxın qonağın iştirak edəcəyi kiçik toy keçirəcək.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində tez-tez küsüb barışdığı həmkarı Niyam Salamini övladının xoş günündə görmək istəmədiyini bildirib.

“Həqiqətən məni sevən, hörmət edən sənət yoldaşlarımı oğlum Yusifin kiçik toyunda görmək istəyirəm. Elə sənət dostlarım var ki, məni həm sevir, həm də sevmir. Onları çağırmadım, çünki görmək istəmirəm. “Az olsun, saz olsun”. Həyat yoldaşım Təranə xanım məndən xahiş etdi ki, Niyam Salamini şəxsən özü  çağıracaq. Çünki xanımımla Niyam arasında çox gözəl ailəvi dostluq münasibəti var. Amma “Yox” cavabını verdim. Çağıracağam, gələcək məndən yenə umacaq. Dönə-dönə xanımımdan xahiş etdim ki, əgər toyda keyfimin pozulmasını istəmirsənsə və növbəti verilişlərdə onunla mənim aramda yarana biləcək söz-söhbətin yaşanmasını istəmirsənsə, Niyamı çağırma”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO