Edillidə tapılan qalıqlar Məhkəmə-Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək

Edillidə tapılan qalıqlar Məhkəmə-Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək

Hazırda oxunan: Edillidə tapılan qalıqlar Məhkəmə-Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək

97732

“Ermənilərin törətdiyi amansız soyqırımı nəticəsində minlərlə hərbi qulluqçumuz, soydaşımız itkin düşüb, kütləvi məzarlıqlarda dəfn edilib”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib.

O bildirib ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndində aşkar olunan xüsusi məzarlıqdır. Məzarlıqlar 14 sentyabrdan 28 sentyabra qədər tədqiq edilib:

“Bu müddət ərzində Edillidə 3 sahə aşkar edilib. Bir və ikinci sahədə 6 skelet sümükləri, 3-cü sahədə 12 skelet sümükləri tapılıb. Kütləvi məzarlığın hərbi qulluqçularımıza aid olduğu təsbit edilib. Onların üzərindəki geyimlər, ayaqlarındakı çəkmələr, bellərindəki kəmərlərə görə hərbi qulluqçularımıza aid meyit qalıqları olduğu müəyyən edilib.

Skelet sümükləri başları sağa-sola, əlləri, qolları dartılmış vəziyyətdədir. Meyit qalıqları şərqdən qərbə doğru nömrələnərək yuxarı və aşağı ətrafları xüsusi qablara yığılıb.
Onlar Hərbi Prokurorluğun qərarları ilə birgə Məhkəmə Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək. Ekspertiza qarşısında qoyulan suallara cavab veriləcək.

Bura ölüm səbəbi, torpaqda qalma müddəti, xəsarətlərin növləri və yaşın, boyun, cinsin təyini aiddir. Hazırda hava şəraiti ilə əlaqədar olaraq, skeletlərin üzərinə sellofan materiallar örtülüb ki, bu da sümüklərin müayinə üçün yararlı vəziyyətdə qalması üçündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO