Xüsusi təyinatlı təhsil müəssisələrində “Müəllimlər Günü” - FOTO 

Xüsusi təyinatlı təhsil müəssisələrində “Müəllimlər Günü” - FOTO 

Hazırda oxunan: Xüsusi təyinatlı təhsil müəssisələrində “Müəllimlər Günü” - FOTO 

97636

“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə “Beynəlxalq Müəllimlər Günü”nün Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb, ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların daima dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.
İstənilən cəmiyyətin formalaşmasında və layiqli vətəndaşın yetişməsində müəllimlərin əvəzsiz xidmətlərinin olduğu diqqətə çatdırılıb. 

Həmçinin bildirlib ki, tədbirin sonunda təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti fəxri fərmanlarla təltif olunublar. 

Sonda tədbir iştirakçılarına bədii kompozisiya təqdim edilib. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO