Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi - Reabilitasiya üçün  

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi - Reabilitasiya üçün  

Hazırda oxunan: Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi - Reabilitasiya üçün  

97629

Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “facebook” səhifəsində məlumat verib. 

Səfir qeyd edib ki, ukraynalı uşaqlar üçün iki həftəlik zəngin proqrama məşhur Qəbələ şəhərində qalmaq, həmçinin Azərbaycanın bir sıra regionlarının görməli yerlərinə səfər etmək daxildir. 
Bildirilib ki, Bakıda və Ukraynanın Şamaxıdakı fəxri konsulluğunun konsulluq dairəsi ərazisində Ukraynaya humanitar yardımların toplanması və göndərilməsi üçün xüsusi məntəqələr yaradılıb. Qurum həmçinin müharibə səbəbindən Ukraynadakı evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara mütəmadi yardım və dəstək göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO