Azərbaycanda partiya sədrləri nəylə məşğuldur? – SİRLƏR AÇILDI

Azərbaycanda partiya sədrləri nəylə məşğuldur? – SİRLƏR AÇILDI

Hazırda oxunan: Azərbaycanda partiya sədrləri nəylə məşğuldur? – SİRLƏR AÇILDI

9762

“Bir vaxtlar dəbə düşdüyündən Azərbaycanda hər kəs kooperativ yaradırdı, indi isə partiya yaradırlar. Azərbaycanda hazırda 5-6, uzağı 10 partiya siyasi fəaliyyət göstərir. Bu da xalqın gözü qabağındadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dedi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə Nazirliyi: Azərbaycanda 62 siyasi partiyadan 5-i tam fəaliyyətsizdir – VİDEO


Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında siyasi partiyalarla bağlı deyilənləri şərh edən partiya sədri bildirdi ki, müəyyən insanların hansısa məqsədlərlə, nəsə yaratmaq xatirinə partiya qurması yanlışdır. 

“Mən bunu dəfələrlə demişəm. Bu, nə qısqanclıq, nə də paxıllıqdır. Məsələn, vaxtı ilə mənim partiyadan döyüb, qovduğum insan var, indi partiya yaradıb. Özü də rayonda, kənddə oturub, deyir ki, mənim partiyam var.

Yaxud özünüz də görürsünüz ki, Milli Dövlətçilik partiyasıdır, nədir – Nemət Pənahlı adlı provokator onu-bunu qorxuzub, pul alır. O deyir ki, elə bir bağ ev, villa tikirəm ki, hamı ondan nümunə götürməlidir. Badamdarda villa inşa etdirir. 

Bunlar da partiyadırsa, o biriləri nədir? Partiyalar var ki, dədəsi, yiyəsi çoxdan ölüb, siyahıda adı gedir. Bu cür yanaşmaq, partiyaları hörmətdən salmaq olmaz. Çünki partiya ictimai rəyi formalaşdıran qurumlardır. Partiyalar demokratiyaya təkan verən təşkilatlardır”.

Hafiz Hacıyevin təbirincə desək, hər əli papkalı (qovluq daşıyan) partiya yarada bilməz. 

“O gün Space-də proqramda baxıram ki, bir partiya sədridir. Bazburutludur, efirə ilk dəfə çıxdığına görə, sifəti də pörtüb. Ağzını açıb, bir kəlimə söz danışa bilmir. Buna nə ehtiyac var? Müvafiq nazirlik maraqlanmalıdır ki, onun rayon təşkilatları varmı, siyasi şurası, idarə heyəti varmı?”.

Müasir Müsavat Partiyasının sədri necə gəldi yaradılan partiyalara qarşı olduğunu bildirdi və əlavə etdi ki, aktiv siyasi fəaliyyət göstərən partiyalar dövlət tərəfindən maliyyələşib, ofislə təmin olunsa, kifayət edər: 

“Yoxsa ki, kiminsə bir quş qoymaq naminə partiya yaradıb, qeydiyyatdan keçirməsi iş deyil”,- deyə partiya sədri məsləyə münasibətini yekunlaşdırıb.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO