Xızı - Abşeron KES-nın inşası müzakirə EDİLDİ 

Xızı - Abşeron KES-nın inşası müzakirə EDİLDİ 

Hazırda oxunan: Xızı - Abşeron KES-nın inşası müzakirə EDİLDİ 

97618

Vyanada energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub. 

Bizim.Media  xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. 

Görüşdə qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Həmçinin bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib.

“ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib. 

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının qarşılıqlı maraq kəsb edən digər istiqamətləri də müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO