Koçaryan separatçıları başına topladı

Koçaryan separatçıları başına topladı

Hazırda oxunan: Koçaryan separatçıları başına topladı

976

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan , Ermənistanın  keçmiş prezidenti Robert Koçaryanla görüşüblər.

Bizim.Media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüşdən əvvəl Bako Saakyan və Arkadi Qukasyan Nikol Paşinyanla, daha sonra Serj Sarkisyanla görüşüblər.

Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib.

“Bəli, həqiqətən, dünən Koçaryan Qarbağın sabiq “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan ilə görüşüb. Üçüncü prezident Serj Sarkisyanın iştirakı ilə də bir görüş keçirildi. Bir mövzu var idi – Qarabağ. İndiki vəziyyətdə bu cür məsləhətləşmələr tez-tez  olacaq”, - Soqomonyan deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO