Gəmiçilərə ŞAD XƏBƏR - Yemək pulu artırıldı

Gəmiçilərə ŞAD XƏBƏR - Yemək pulu artırıldı

Hazırda oxunan: Gəmiçilərə ŞAD XƏBƏR - Yemək pulu artırıldı

97598

Nazirlər Kabineti “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 25 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 25 ABŞ dollarınadək məbləğdə müəyyən edilib.

Bundan əvvəl dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO