Məktəbdə şagirdlərə konfet formasında narkotik vasitələr paylanılır? - RƏSMİ AÇIQLAMA

Məktəbdə şagirdlərə konfet formasında narkotik vasitələr paylanılır? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Məktəbdə şagirdlərə konfet formasında narkotik vasitələr paylanılır? - RƏSMİ AÇIQLAMA

97361

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib.

Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.

Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.
Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO