Bakının mərkəzində sökülən çoxmərtəbəli binada təhlükəsizlik qaydalarına niyə ƏMƏL OLUNMUR? - FOTO

Bakının mərkəzində sökülən çoxmərtəbəli binada təhlükəsizlik qaydalarına niyə ƏMƏL OLUNMUR? - FOTO

Hazırda oxunan: Bakının mərkəzində sökülən çoxmərtəbəli binada təhlükəsizlik qaydalarına niyə ƏMƏL OLUNMUR? - FOTO

97290

Bakının mərkəzində çoxmərtəbəli binanın söküntüsü davam edir. Söhbət Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir.

2 aya yaxın başlayan söküntü işlərində təhlükəsizlik tədbirləri alınmayıb. Hündürlükdə çalışan işçilər üçün xüsusi təhlükəsizlik tədbirləri görülməli halda, heç bir qaydaya riayət olunmur.

Halbuki tikinti sahəsində hündürlük 7 metrdən yuxarı qalxarsa, qoruyucu sipər çəkilməli, fəhlələrin qoruyucu kəməri olmalı və başlarında dəbilqələri, ayaqlarında isə rezin çəkmələri olmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində çoxmərtəbəli binanın söküntüsünə BAŞLANDI - FOTO


Bizim.Media-nın ərazi yerindən çəkdiyi görüntülərdən də məlum olur ki, söküntü işlərində çalışan fəhlələr üçün potensial təhlükə var və bu aidiyyəti qurumların laqeydliyinin nəticəsidir. Bu isə iş yerlərində bədbəxt hadisələrin baş verə biləcəyi ehtimalını artırır. 

Qeyd edək ki, Cavanşir körpüsünün yaxınlığındakı binanın yerində Zəfər abidə kompleksinin tikiləcəyi ehtimal edilir. Artıq binadan sakinlər köçürülüb. Hətta köçürülmə ilə bağlı komissiya yaradılıb və kompensasiyanın məbləği müəyyənləşdirilib.

Xatırladaq ki, Xətai Rayon İcra Hakimiyyəti sözügedən binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyini və dövlət sifarişi əsasında söküləcəyini açıqlamışdı.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə məsələ ilə bağlı sorğu ünvanlamışıq.

Ümid edirik ki, sözügedən qurumla yanaşı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də məsələni önləmə alacaqlar.

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO