Türkiyənin Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirəcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə partiya sədri özü açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək arzusundadır - FOTO
O bildirib ki, “Ülkü ocaqları” Təhsil və Mədəniyyət Fondu tərəfindən maliyyələşdiriləcək məktəb 9 illik olacaq.
“Məktəbin Şuşada doğulan və Azərbaycan Dövlət Himninin bəstəkarı olan Üzeyir Hacıbəylinin adını daşıyacağını, təməlinin də 2021-ci il yanvarın 30-da atıla biləcəyini söyləmişdim. Cənab Ərdoğan və cənab İlham Əliyevin qarşılıqlı razılığı əsasında Şuşada məktəb tikilməsi uyğun görüldü”- deyə Baxçalı söyləyib.
Onun sözlərinə görə, təhsil ocağı tamamlanan kimi Azərbaycana təslim ediləcək.
Yaxın günlərdə bu işə məsul əməkdaşların Şuşaya göndəriləcəyini deyən Baxçalı, onların məktəbin yeri ilə bağlı səfirlikdə müzakirələr aparacaqlarını da vurğulayıb.
MHB rəhbəri məktəb layihəsinin ilkin eskizini də təqdim edib.
Bizim.Media