İrəvan və Bakı noyabrın ilk ongünlüyündə Brüsseldə saziş imzalayacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, Brüsselə işgüzar səfərə yola düşən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ nümayəndələrini oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşünün təfərrüatları, habelə sərhədin delimitasiyası və demarkasiyası komissiyasının işi ilə tanış edib.
Qəzetin mənbələri bildiriblər ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana sonuncu səfəri zamanı Ermənistan tərəfinə sülh müqaviləsinin mətnini oktyabrın sonunadək yekunlaşdırmağı tövsiyə edib.
Nəşr qeyd edir ki, Moskva artıq sazişin imzalanmasına yaşıl işıq yandırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:25 / 04.10.2022
İrəvan və Bakı noyabrda saziş imzalaya bilər - KİV
Hazırda oxunan: İrəvan və Bakı noyabrda saziş imzalaya bilər - KİV
Hazırda oxunan: İrəvan və Bakı noyabrda saziş imzalaya bilər - KİV
97264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.