Röya:

Röya: "Mənim üçün deyirlər ki, pulu çoxdur, nə vecinə" – VİDEO

Hazırda oxunan: Röya: "Mənim üçün deyirlər ki, pulu çoxdur, nə vecinə" – VİDEO

97256

"Pulu çox olan insanlara deyirlər ki, "Bunun nə vecinə, özü üçün yaşayır da". Bəlkə indi mənim üçün də bunu deyirlər. Amma bizim keçirdiyimiz stresi, bizim itirdiyimiz qazanc, pullar və ya gördüyümüz o maneələri siz görmürsünüz. Az qazanan az əziyyət çəkir. Çox qazananın isə çox dərdi var".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "7 canlı” axşam şousunda deyib.

Sənətçi bildirib ki, müğənnilər nə qədər çox pul qazansalar da, bir o qədər çox pul xərcləyirlər.

"Deyirik ki, "Məhərrəmlik" ayı gəlir. İki ay toylar, məclislər olmayacaq. Konsert verəcəyəm və sairə. Amma bir də görürsən ki, ailədə elə bir problem çıxır ki, başa düşürsən ki, yenə də pul çatmır".

Röya iki dəfə təxirə düşən konsertindən də söz açıb. Xalq artisti buna görə küllü miqdarda pul itirdiyini açıqlayıb.

"Biz iki dəfə konserti dondurduq. Bu sadəcə donmayıb. Biletləri alanlar... O pullar da bizə gəlmir. O pullar yığılır kassada qalır. Onun bizə heç bir adiyyəti yoxdur. Amma biz iki dəfə bu konsertin bütün ödənişlərini ödəmişik. Biletlərinə kimi pul verilib, alınıb.
Bir dəfə pandemiya, ikinci dəfə cəbhədə 80 yaxın əsgərlərimizin şəhid olması. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bu səbəblərə görə, təxirə salındı. Amma bütün bunlara rəğmən Allahıma min şükür edirəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO