Sumqayıtda itkin düşən 81 yaşlı kişi ölü tapıldı

Sumqayıtda itkin düşən 81 yaşlı kişi ölü tapıldı

Hazırda oxunan: Sumqayıtda itkin düşən 81 yaşlı kişi ölü tapıldı

97253

Sumqayıtda itkin düşən kişinin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, bu il sentyabrın 14-də şəhər sakini 81 yaşlı Nadir Rzayevin itkin düşməsi barədə polis bölməsinə məlumat daxil olub.

Həmin gündən etibarən polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilib.
Tədbirlər nəticəsində dünən saat 19:00 radələrində onun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı binanın həyətində basdırılmış şəkildə tapılıb.

N.Rzayevi küt alətlə vuraraq qətlə yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Samir Abbasov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO