Ukrayna silahlı qüvvələri Xarkov vilayətini tamamilə azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində artıq 450-dən çox yaşayış məntəqəsini rus işğalçılarından azad edib.
Sentyabrın 6-da Ukrayna ordusu Xarkov vilayəti ərazisinə əks hücuma keçib. Sentyabrın 11-də, əks-hücumun başlamasından beş gün sonra Rusiya Müdafiə Nazirliyi gündəlik hesabatında bir xəritə dərc edib. Orada Rusiya qoşunlarının 8370 kvadrat kilometr əraziyə nəzarəti itirdiyi aydın görsənir.
Rusların Oskol və Severski Donets çayları boyunca yeni müdafiə xətti təşkil etmək cəhdi uğur gətirməyib.
Sentyabrın sonunda Ukrayna Silahlı Qüvvələri hər iki çayın o biri tərəfinə keçərək Luqansk vilayəti istiqamətində hücuma keçib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 04.10.2022
Ukrayna ordusu Xarkov vilayətini tamamilə azad etdi
Hazırda oxunan: Ukrayna ordusu Xarkov vilayətini tamamilə azad etdi
Hazırda oxunan: Ukrayna ordusu Xarkov vilayətini tamamilə azad etdi
97243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.