Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri kimdir? - DOSYE

Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri kimdir? - DOSYE

Hazırda oxunan: Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri kimdir? - DOSYE

9722

Xəbər veridiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 26-da verdiyi sərəncama əsasən  Rəşad Nəbi oğlu Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyin edilib.

Bizim.Media-nın məlumatına görə, Rəşad Nəbi oğlu  Nəbiyev 1977-ci il avqustun 26 -da anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Nəbiyev nazir təyin edildi – SƏRƏNCAM


1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.  

2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək,  2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

O, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində faəliyyət göstərib.

2011-ci il 24 yanvardan Azərkosmos ASC-nin sədri postunu icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO