Hərbçilərlə bağlı yayılan video ilə əlaqədar AÇIQLAMA  

Hərbçilərlə bağlı yayılan video ilə əlaqədar AÇIQLAMA  

Hazırda oxunan: Hərbçilərlə bağlı yayılan video ilə əlaqədar AÇIQLAMA  

97087

“Bu görüntüləri Ermənistan xüsusi-xidmət orqanlarının təşkil etdiyini düşünürəm. Məqsəd isə Azərbaycanın dünya ölkələri arasındakı imicinə zərbə vurmaqdır”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Akif Qasımov sosial şəbəkələrdə yayılan videonu şərh edərkən deyib.  

Onun sözlərinə görə, hərbi qulluqçuların üzündə və hərəkətlərində bir neçə min metrlik bir zirvəni alan insanda olacaq fiziki yorğunluq, töyşümək (tez-tez nəfəs almaq) kimi əlamətlər müşahidə edilmir: 
“Səhnədə yer alan bütün hərbi geyimli şəxslərin hərbi geyimləri təzədir. Geyimlərin üzərində heç bir aşınma, köhnəlmə, su, palçıq, tər və sair kimi əlamətlər yoxdur.  

İkincisi, Azərbaycan əsgərində nizam-intizam, özəlliklə silahdan atəş açmaq məsələsində çox ciddilik var. Əmrə itaətsizlik, icazəsiz əməllərin nəticəsi olaraq hərbi prokurorluğa verilmə məsuliyyəti bu cür özbaşınalıq halların olmasını sıfıra endirir.  

Ən önəmlisi isə atəş açanların bir nəfəri "qatarla" (avtomatik), digərlərini isə "tək-tək" vəziyyətində atəş açması müşahidə edilir.

Avtomatik atan “Kalaşnikov” silahının lüləsində gümüşü rəngli bir qurğunun taxıldığı görünür.

Bu qurğunun adı "Насадки для холостой стрельбы " ( Boş mərmilər atmaq üçün nasadka).  

Bu qurğu ilə avromatdan avtomatik atışı təmin etmək üçün istifadə edilir. Olmayanda isə tək-tək atır. Yəni, ehtimal odur ki, istifadə edilən patronlar təlim məqsədlidir və filmlər üçün nəzərdə tutulub”.  

Ehtiyatda olan polkovnik hesab edir ki, güllələrin "dəydiyi" bədən və yerlər filmlərdə istifadə edilən imitasiya vasitələrindən istifadə edilməsi ehtimalını yüksəldir:  

“Tək-tək atış icra edənlərin güllə yerində "cəsədlər" arasında ağ toz çıxdığı görünür. Deməli, avtomatik atışı və yerdəki effektlər pirotexniki effektdir və filmlərdə istifadə olunur”.  

Akif Qasımov qeyd edib ki, yaxın məsafədən kimsə das üzərinə risk edib atəş açmaz, ələxüsus xüsusi hazırlıq görmüş əsgər.  

Xatırladaq ki, Baş Prokurorluq sözügedən görüntülərlə bağlı məlumat yayıb.  Məlumatda qeyd olunur ki, bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb.

Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO