Ukrayna limanlarından daha 5 gəmi çıxdı - FOTO

Ukrayna limanlarından daha 5 gəmi çıxdı - FOTO

Hazırda oxunan: Ukrayna limanlarından daha 5 gəmi çıxdı - FOTO

97007

“Taxıl dəhlizi” çərçivəsində bu gün, oktyabrın 2-də daha beş gəmi Ukrayna limanlarını tərk edib. Onlar Afrika və Avropa ölkələrinə 114,7 min ton kənd təsərrüfatı məhsulu daşıyırlar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna İnfrastruktur Nazirliyi “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dənizlə Ukrayna taxılının ixracına imkan yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk edib.

Ümumilikdə, indiyədək 257 gəmi Asiya, Avropa və Afrika ölkələrinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO