Moskvada görüş - Azərbaycan, Rusiya və Ermənistan arasında nələr müzakirə ediləcək?

Moskvada görüş - Azərbaycan, Rusiya və Ermənistan arasında nələr müzakirə ediləcək?

Hazırda oxunan: Moskvada görüş - Azərbaycan, Rusiya və Ermənistan arasında nələr müzakirə ediləcək?

9700

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.

Bizim.Media-nın xəbərinə görə, bu barədə ''RBK'' məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskva razlaşmasına görə çəkiləcək dəmir yolu xətti belə olacaq - FOTO


Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Danışıqlarda Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO