Bakı-Sumqayıt qatarlarındakı problem həll ediləcəkmi? - VİDEO

Bakı-Sumqayıt qatarlarındakı problem həll ediləcəkmi? - VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt qatarlarındakı problem həll ediləcəkmi? - VİDEO

96963

Bakı-Sumqayıt elektrik qatarlarında sıxlıq davam edir. Qatarlarda sərnişin sıxlığı daha çox həftəiçi müşahidə edilir.

Bizim.Media xəbər verir ki, yaşanan sıxlığı azaltmaq üçün "Azərbaycan Dəmir Yolları" Sumqayıt- Xırdalan- Baki istiqamətində qatarların hərəkət qrafikində dəyişiklik edib.

"Azərbaycan Dəmir Yolları"  QSC- nin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, yeni dərs ilinin başlanmasından bu günədək Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb. 

Bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

QSC-dən o da bildirilib ki, sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO