Dünyada koronavirusa yoluxanların sayı 618 milyon nəfərə çatdı

Dünyada koronavirusa yoluxanların sayı 618 milyon nəfərə çatdı

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 618 milyon nəfərə çatdı

96945

Dünyada koronavirusa yoluxanların sayı 617 879 815 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada virusun yayılmasının başlanğıcından indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 546 min 448 nəfər dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO