Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bildirib.
“Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir, dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir.
Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsinin dəyişən əhəmiyyətli infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:46 / 01.10.2022
“Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir” – PREZİDENT
Hazırda oxunan: “Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir” – PREZİDENT
Hazırda oxunan: “Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir” – PREZİDENT
96846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.