Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev qusarlı müəllimlərin elektron lövhələrlə bağlı istəyini reallaşdırıb və onların istədiyi ağıllı lövhələr Qusara gətirilib.
Mövzu ilə bağlı Qusar şəhər şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin direktoru Arif Xəlilov Bizim.Media-ya açıqlama verib ki, elektron lövhələr Urva kənd orta və Qusar şəhər 1 saylı orta məktəblərinə təqdim edilib.
Elektron lövhələr bu təşəbbüsü qaldıran ibtidai sinif müəllimləri Səidə Bağışova və Samirə Məmmədovaya Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyev tərəfindən təqdim edilib.
Belə ki, Urva kənd və Qusar şəhər 1 saylı orta məktəblərdə görüş keçirən Rüfət Hacıyev müəllimlərə təhsil sahəsində uğurlar arzulayıb.
O bildirib ki, elektron lövhələri Qusara elm və təhsil naziri Emin Əmrullayev göndərib və nazir müəllimlərin istəyini həssaslıqla qarşılayıb.
Qeyd edək ki, elektron lövhələr bazar günü məktəblərdə mütəxəssislər tərəfindən quraşdırılacaq.
Xatırladaq ki, ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında 60 bal toplayan qusarlı müəllimlər Samirə Məmmədova və Səidə Bağışova Bizim.Media-ya verdikləri müsahibədə elm və təhsil naziri Emin Əmrullayevdən məktəblərə elektron lövhə verilməsini xahiş etmişdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:10 / 01.10.2022
Arzuladıqları elektron löhvələr qusarlı müəllimlərə təqdim edildi - FOTO
Hazırda oxunan: Arzuladıqları elektron löhvələr qusarlı müəllimlərə təqdim edildi - FOTO
Hazırda oxunan: Arzuladıqları elektron löhvələr qusarlı müəllimlərə təqdim edildi - FOTO
96797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.