Ərdəbildə etirazçılar polis qüvvələrini qaçmağa məcbur ediblər.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Sentyabrın 30-u axşam saatlarında Ərdəbil şəhərində başlayan dinc etiraz aksiyasına hökumət qüvvələrinin sərt müdaxiləsi müqavimətlə qarşılaşıb.
Aksiyada öncə "Azadlıq, ədalət, milli hökumət" şüarları səsləndirilib. Hökumət qüvvələrinin amansız müdaxiləsindən qəzəblənən kütlə bu dəfə "Ölüm olsun Xameneyiyə", "Ölüm olsun diktatora" şüarları səsləndirib.
Repressiv qüvvələrin rezin dəyənəklə qadın etirazçıları döyməsi isə etirazçıların hiddətinə səbəb olub.
Onların müqaviməti polis qüvvələrinin qaçması ilə nəticələnib. Gecə saatlarında da aksiyalar davam edib. Bir neçə yüz nəfərlik qruplar halında müxtəlif bölgələrdə keçirilən aksiyalar hökumət qüvvələrini geri çəkilməyə məcbur edib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:47 / 01.10.2022
Ərdəbildə polislər etirazçıların qarşısından belə qaçdı – ANBAAN VİDEO
Hazırda oxunan: Ərdəbildə polislər etirazçıların qarşısından belə qaçdı – ANBAAN VİDEO
Hazırda oxunan: Ərdəbildə polislər etirazçıların qarşısından belə qaçdı – ANBAAN VİDEO
96788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.