Hüseyn Həsənov Bakıya gəlməsinin SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Hüseyn Həsənov Bakıya gəlməsinin SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Hazırda oxunan: Hüseyn Həsənov Bakıya gəlməsinin SƏBƏBİNİ AÇIQLADI - VİDEO

96749

Rusiyada səfərbərlik elan edildikdən bir neçə gün sonra azərbaycanlı video bloqer Hüseyn Həsənov Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, bloqer Bakıya gəlməsinin səbəblərini açıqlayıb.

Beləki Hüseyn sosial şəbəkə hesabında atası Səttar bəyin sağlamlıq vəziyyətini kontrola almaq üçün paytaxta gəldiyini bildirib.

"Atamın yanına gedirəm ki, onu yola gətirib "check-up" müayinədən  keçirim. O, özü bunu etməkdən qəti şəkildə imtina edir. Çünki səhhətində problemlər olacağından və bununla bağlı pis xəbərlər alacağından qorxur. Planım var.

Bunu isə siz bu gün biləcəksiz. Planım nədir? Analizlərin cavabını yalnız mən biləcəyəm. Mənim üçün yaxınlarımın sağlamlığı çox önəmlidir",- deyə H.Həsənov vurğulayıb.
Qeyd edək ki, sosial media istifadəçiləri Hüseyn Həsənovun ölkəsini tərk edərək Bakıya gəlməsini Rusiyada səfərbərliyin elan olunması ilə əlaqələndiriblər. Bloqer isə daha əvvəl açıqlamasında bu xəbərlərin əsassız olduğunu dilə gətirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO