Quba Soyqırımı Memorial Kompleksinin ərazisində qanunsuz tikinti dayandırıldı - FOTO

Quba Soyqırımı Memorial Kompleksinin ərazisində qanunsuz tikinti dayandırıldı - FOTO

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksinin ərazisində qanunsuz tikinti dayandırıldı - FOTO

96704

Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığa baxmayaraq yaşayış evlərinin tikintisi başlanıb:
"Tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyil. Hazırda Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir.

Tərəfimizdən tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb".

Qeyd edək ki, bu barədə ötən gün tarixçi Solmaz Tohidi özünün sosial şəbəkə hesabında yazmışdı. O, son illərdə Kompleks və onun yerləşdiyi əraziyə qayğı və diqqətin azaldığını, üstəlik ərazidə yeni yaşayış binasının tikilməkdə olduğunu qeyd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO